İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir, İordaniya və körfəz ölkələrinin rəhbərləri hədəfdə - Terrorçuların təhdidi

“Əl-Qaidə” terrorçu təşkilatı Qəzza zolağında humanitar vəziyyətə cavab olaraq ABŞ, İsrail və Fars\Ərəb körfəzi ölkələrindən qisas alacağı ilə hədələyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qrupun lideri Saad bin Atef al-Avlaki ilk açıqlamasını verərək, təşkilatın düşmənlərə münasibətdə artıq qırmızı xətlərinin olmadığını vurğulayıb. Son bir ildə bu təşkilat Yəmənin “Ənsarallah” (Husi davamçıları) hərəkatı ilə əlaqələri genişləndirib. BMT ekspertlərinin fikrincə, Əl-Avlakinin silahdaşlarının xarici əməliyyatları artırmaq ambisiyaları var.

Əl-Avlaki ilə ABŞ prezidenti Donald Trampı və onun ətrafını Qəzza zolağında gedən müharibə kontekstində İsrailə dəstək verməyə hazır olduqlarına görə tənqid edir.

Qrup lideri xəbərdarlıq edib: "Qəzzada xalqımızın başına gələnlərdən və baş verənlərdən sonra bizim üçün qırmızı xətlər yoxdur". O, videomüraciətində qruplaşmanın fikirlərini bölüşən terrorçuları İsrailin Qəzza zolağındakı hərəkətlərinə dəstək vermələrinə cavab olaraq Misir, İordaniya və körfəz ölkələri liderlərinə qarşı sui-qəsd cəhdləri etməyə çağırıb.

Yəmənli Saad bin Atef əl-Avlaki 2024-cü ilin martında Səudiyyə Ərəbistanından olan sələfi Xalid Batarfinin ölümündən sonra təşkiların başına keçib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR