İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan Paşinyanın sərhəd açıqlamasından danışdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan baş nazir Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların açılması halında mühafizənin özəl şirkətə verilə biləcəyi barədə sözlərinə aydınlıq gətirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Lüksemburq xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç bir şey müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Bizim mövqeyimizdə heç nə dəyişməyib”, - deyə Mirzoyan söyləyib

Onun sözlərinə görə, insanlarda təhlükəsizlik hissinin artması naminə burada iki ölkədə (Azərbaycan və Ermənistanda) lisenziyası olan müəssisənin işə cəlb olunmasından söhbət gedir.

Bu müəssisənin işçiləri dəmir yolu əlaqəsi açıldıqda yük və ya sərnişinləri qatarda müşayiət edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR