Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvləri ilə keçirilən sual-cavab sessiyasında Azərbaycanla münasibətlər və davam edən danışıqlarla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Mirzoyan Vaşinqtonda imzalanmış deklarasiyanı və sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandıraraq, bunun uzunmüddətli və diqqət, ehtiyatlılıq tələb edən bir proses olduğunu bildirib.
Nazir qeyd edib ki, hazırda blokadanın aradan qaldırılması istiqamətində işlər aparılır və sərhədin delimitasiyası ilə bağlı da yeni xəbərlər ola bilər. Onun sözlərinə görə, ABŞ tərəfdaşları ilə, xüsusilə də dəmiryolu və digər infrastruktur layihələri üzrə müzakirələr davam etdirilir.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ