İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyayev gözlənilmədən Qaraqalpaqıstanda toya gedib - bəy-gəlin heyrətlənib (VİDEO)

Özbəkistan prezidenti Şavkat Mirziyoyev seçicilərlə görüşmək üçün Qaraqalpaqıstana gedib.

Musavat.com upl.uz saytına istinadən xəbər verir ki, muxtar respublikanın paytaxtı Nukusda keçirilən tədbirdən sonra dövlət başçısı gözlənilmədən toya gedib.

Yayımlanan videoda görünür ki, yeni evlənənlər Özbəkistan prezidentini toy mərasimində görəndə şoka düşürlər. Şavkat Mirziyoyev gəncləri təbrik edib, onlara ailə həyatında xoşbəxtlik arzulayıb.

Bundan əlavə, dövlət başçısı yeni evlənənlərə hədiyyələr verib və bəydən gəlinə qulluq etməyi xahiş edib. Gəlin də öz növbəsində göz yaşlarını saxlaya bilməyib və prezidentin gözlənilməz səfərinə çox sevindiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR