Onlayn ictimai-siyasi qəzet
Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.
Mirkamilin səhhəti ilə bağlı onun qardaşı Miribrahim Kamilov məlumat verib.
O, əməliyyatın uğurla başa çatdığını bildirib:
"Allaha şükür, əməliyyat uğurlu keçdi. Mirkamilin səhhəti də yaxşıdır. Onun üçün dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, tezliklə səhnələrə dönəcək"./Azxeber.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ