Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini Xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs ilə bağlı ilkin iclas keçirilib.
Musavat.com xəbər verir ki, iclasda Miri Yusif və Emin Əfəndi sözügedən şəxsi bağışlayıb.
Yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və pul tələb edib.
Daxili İşlər Nazirliyinin operativ reaksiyası nəticəsində sözügedən şəxs qısa zamanda polis tərəfindən saxlanılıb.
15 Aprel 2025
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ