İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantların ovlandığı Sankt-Peterburqa Hindistandan işçi qüvvəsi gətirilir


Sankt-Peterburq Hindistandan minlərlə işçi qəbul etməyə hazırdır və Rusiyada işləmək üçün miqrant işçilərin hazırlanması baxımından Hindistan məşğulluq mərkəzlərinin yenidən ixtisaslaşması imkanlarını müzakirə edir.

Musavat.com xəbər verir ki, Bu barədə TASS-a Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov bildirib.

Onun sözlərinə görə, artıq Sankt-Peterburqda Hindistandan 4 min işçi qüvvəsi tələbi var, lakin tələbat daha çoxdur: “Sankt-Peterburq və Leninqrad vilayətində bir sıra müəssisələr hər biri Hindistandan olan 3-5 min əmək miqrantını qəbul etməyə hazırdırlar. Onlar hindlilərə, məsələn, ən çox işləməyə getdikləri Birləşmiş Ərəbə Əmirliklərində aldıqları maaşdan yüksək maaş ödəyə bilər”.

Markov onu da qeyd edib ki, o, artıq paytaxtı Mumbay şəhəri Sankt-Peterburqla qardaşlaşmış Maharaştra ştatının hökuməti ilə bu məsələni müzakirə edib. Maharashtra bacarıqların inkişafı, məşğulluq və sahibkarlıq naziri Mangal Prabhat Lodha planın həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlandıqdan sonra Rusiya MDB ölkələrindən cəlb etdiyi əmək miqrantlarını müharibəyə göndərmək üçün müxtəlif sıxışdırıcı addımlar atıb. Nəticədə ölkəyə gələnlərin sayı azalıb, üstəlik, müharibədəki böyük itkilər səfərbərliyə gedilməsinə, bu isə işçi sayının azalmasına səbəb olub. Müdafiə sənayesində artan işçi tələbi fonunda Rusiya iqtisadiyyatında hazırda 2 milyondan çox işçi yerinin boş olduğu bildirilir. Nəticədə ölkə Hindistan, Banqladeş, hətta Afrika ölkələrindən də əmək qüvvəsi cəlb etməyə çalışır. Lakin bu ölkələrdən gələnlərin də aldadılaraq, yaxud yüksək maaşla stimullaşdırılaraq müharibəyə cəlb edilməsi halları sürətlə artır. Bir ay əvvəl Rusiyaya gələn Hindistanın baş naziri Narendra Modi Putin qarşısında Rusiya ordusuna cəlb edilən bütün hindlilərin ölkəyə qaytarılması məsələsini qaldırıb...


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR