İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrant əməliyyatı: Ən böyük cinayətkar qrup yaxalandı

İspaniya Milli Polisi Suriya və Əlcəzairdən miqrantların qaçaqmalçılığı ilə məşğul olan ən böyük cinayətkar qruplardan birinin üzvlərini həbs edib.

Musavat.com xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının məlumatında deyilir. Qeyd olunub ki, əməliyyat Avropa Polis Agentliyi (Avropol) ilə əməkdaşlıq çərçivəsində keçirilib. Ümumilikdə müxtəlif yerlərdə aparılan əməliyyat çərçivəsində 21 nəfər saxlanılıb.

Belə ki, qrup üzvləri Əlcəzairdə icarəyə götürülmüş sürətli qayıqlarla minə yaxın miqrantın İspaniyaya qanunsuz yolla gətirilməsində iştirakda şübhəli bilinirlər. Ehtimal olunur ki, saxlanılan şəxslər öz fəaliyyətlərindən 1,5 milyon avrodan çox pul əldə ediblər.

 

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR