İnsanlara hürriyət, millətlərə istiqlal!

"MİQ imtahanında sualları satan müəllimlərin işi araşdırılacaq" - Nazir

Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlarda sualların satılması ilə bağlı məsələ araşdırılır.

Musavat.com xəbər verir ki,   bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

O qeyd edib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır:"Sualların satılması ilə bağlı məsələ araşdırılır. Biz nöqsanın səbəbini araşdırırıq. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları  müəyyən ediləcək. Bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub. Hər hansı bir müəllim məsuliyyətsizlik edibsə, hüquq mühafizə orqanları bunu araşdıracaq". 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR