İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk və Moskva danışıqlar aparır - Rusiya Belarusu öz ərazisi kimi qoruyacaq

Moskva və Minsk Belarua Belaorusa təcavüz olarsa, Rusiya Federasiyasının onu öz ərazisi kimi qoruyacağı barədə danışıqlar aparır.

Musavat.com xarici mediauya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bazar ertəsi Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

“Ümumiyyətlə, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda belə səsləndi ki, Belarusa təcavüz olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq. Bu, bizə lazım olan təhlükəsizlik zəmanət növüdür. Bizə qardaş Rusiyadan tam təhlükəsizlik zəmanəti lazımdır”, - deyə Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, Vladimir Putin danışıqlarda vurğulayıb ki, bu kontekstdə “Belarus və Rusiya arasında bütün müqavilə və sazişlərə yenidən baxmaq, Belarusun təhlükəsiliyini tam təmin etmək üçün indi dövlətlərarası normativ hüquqi akt qəbul edilməlidir”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR