İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk qrupu gorbagor oldu-ABŞ da təsdiqlədi

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında məlumat paylaşıb.

Blinkenin sözlərinə görə, yeni müşavir Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həll olunmasında mühüm rol oynayacaq:

“Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu təsisat olaraq ləğv edilib. Rəsmi Vaşinqtonun yeni təyinatı da bunu bir daha sübut edir.

ttt.png (38 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR