İnsanlara hürriyət, millətlərə istiqlal!

Minasyandan köhnəlmiş NAĞIL

“Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı informasiyası (mətndə dezinformasiya - red.) sərhəddə vəziyyətin ciddi şəkildə gərginləşməsi təhlükəsini göstərir”.

Musavat.com xəbər verir ki, bu sərsəm açıqlama Ermənistan Respublika Partiyasının (sədr Serj Sərkisyandır) İdarə Heyətinin üzvü Qaqik Minasyandan gəlib.

“İstənilən şəraitdə ən pisə, yəni eskalasiyaya hazırlaşmaq lazımdır. Yalnız bu halda ən mənfi nəticələrin qarşısını almaq mümkün olacaq. Mən özüm də inanıram ki, Azərbaycan tərəfi faktiki olaraq regionun partlayacağı təqdirdə əldə edə biləcəyi imkanları nəzərə alaraq yeni eskalasiya üçün əsas yaradır. Bildiyiniz kimi, İran-İsrail münaqişəsi yeni mərhələyə keçib və istisna olunmur ki, həm Türkiyə, həm də Azərbaycan bu fürsətdən istifadə edib Sünik istiqamətində məsələni həll etməyə çalışacaqlar”, - deyə Minasyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR