İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonçunun ölüm xəbəri dünyanı dəhşətə gətirdi - SON GÖRÜNTÜSÜ üzə çıxdı - FOTO

53 yaşlı alman milyonçu Rainer Skaller sevgilisi Kristiana Şikorski, uşaqları Aaron və Finja ilə birlikdə Meksikadan Limona (Kosta Rika) uçarkən Kosta-Rika sahillərində onun təyyarəsi yoxa çıxıb.

Musavat.com xəbər verir ki, təyyarədə məşhur fitnes mərkəzləri şəbəkəsi "McFit"in qurucusu Skaller ilə yanaşı, onun şəxsi məşqçi olduğu güman edilən Markus Kurrek də olub.

Şəxsi təyyarənin "Piaggio 180" olduğu açıqlanıb.

Kosta-Rikanın ictimai təhlükəsizlik naziri Xorxe Torres hadisə ilə bağlı açıqlamasında deyib: "Beş alman vətəndaşının olduğu təyyarə ölkənin şərqindəki Xuan Santamariya hava limanına gedərkən radardan itib".

Rainer Skaller və ailəsinin təyyarə qəzasında ölməzdən əvvəl çəkilmiş son görüntüsü üzə çıxıb.

WhatsApp Image 2022-10-25 at 17.44.46.jpeg (84 KB)

Milyoner, sevgilisi və cütlüyün uşaqları tətilə getməzdən öncə, başlarına gələcək hadisədən xəbərsiz gülümsəyərək foto çəkdiriblər. 

"FlightRadar"dakı məlumata görə, Meksikanın Palenku bölgəsindən havaya qalxan şəxsi təyyarə radarlardan itmədən əvvəl 41 dəqiqə havada qalıb və 69 metr yüksəklikdən dənizə çırpılıb olduğu açıqlanıb.

Kosta-Rika səlahiyyətliləri tərəfindən verilən açıqlamaya görə, təyyarənin radarlardan itdiyi nöqtədə - dənizdə əşyalar aşkar edilsə də, ailə üzvlərinin cəsədləri hələ də tapılmayıb.

Musavat.com

WhatsApp Image 2022-10-25 at 17.49.40.jpeg (176 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR