İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova gündəliyin müzakirəsinə keçməzdən əvvəl Milli Məclis nümayəndə heyətinin Avstriyaya səfəri barədə məlumat verib.

O bildirib ki, bu, parlament sədrinin Avstriyaya ilk səfəri idi.

Spiker səfər zamanı Azərbaycanın Avstriyadakı səfirliyində olduqlarını, Avstriya parlamentinin rəhbərliyi ilə keçirilən görüşlər, Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə ətraflı məlumatlar verildiyini, iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələlərinin müzakirə edildiyini vurğulayıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR