İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb - gündəlikdə 19 məsələ var

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayı barədə danışdı. Sədr bildirdi ki, ölkə prezidenti Qurultayda hər birimizin qarşısında proqram xarakterli çıxış etdi.

Daha sonra S.Qafarova aprelin 19-20-də Gürcüstan paytaxtı Tiflisə səfəri, bu ölkənin prezidenti, parlament sədri və baş naziri ilə görüşləri barədə deputatları məlumatlandırdı.

Spiker bildirdi ki, görüşlərdə ölkələrin əlaqələrinin möhkəmlənməsində parlamentlərin xüsusi rolundan bəhs olunub. “Mən Vətən Müharibəsi zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyinə görə təşəkkürümü bildirdim”, spiker əlavə etdi. S.Qafarova nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyində olduğunu və bir sıra tədbirlərə qaytıldığını qeyd etdi.

Sədr bu günlərdə Azərbaycana səfər edən Qırğızıstan parlamentinin nümayəndə heyəti ilə görüşündən də danışdı.

İclasın gündəliyinə 19 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında.

2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Elşad Paşasoy, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR