İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi

 
Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Komitə sədri Hicran Hüseynova sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, yeni sessiyanın səmərəli keçməsini arzulayıb.

Komitə sədri bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət gələcəyə böyük inam yaradır. Bu gün ölkə həyatının bütün sahələrində inkişaf müşahidə olunur. Vətən müharibəsində qələbəmizdən qısa zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə həyata keçirilir. Bütün bunlar dövlətimizin güclü iqtisadi potensialından xəbər verir. O, qeyd edib ki, millət vəkilləri də öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, qanunvericilik bazasının təkmilləşdirilməsi, parlament diplomatiyasının inkişafı sahəsində töhfələr verirlər.

Sonra Hicran Hüseynova iclasın gündəliyi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, gündəliyə 8 məsələ, o cümlədən 2022-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, 2023-cü il yaz sessiyası üçün komitənin iş planının layihəsi, bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri və cari məsələlər daxil edilib.

Hicran Hüseynova, əvvəlcə, 2022-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 19 məsələyə baxılıb. Komitədə 5 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi bir oxunuşda müzakirə edilib.  

Qeyd olunub ki, bununla yanaşı, sessiya ərzində Ailə, qadın və uşaq məsələləri komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib. Komitədə, həmçinin İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi və digər ictimai fəallar, USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşlər keçirilib.

Ötən sessiyada komitə üzvləri Ümumdünya Uşaqlar Günü ilə bağlı BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş beynəlxalq forumda, Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarında fəal iştirak ediblər.
Bildirilib ki, komitədə 2022-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 250-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Vətəndaşların şifahi müraciətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.
Komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova komitənin 2022-ci il payız sessiyasının hesabatı barədə öz fikirlərini açıqlayıblar. Deputatlar hesabat dövründə görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açaraq, sessiyanın səmərəli keçdiyini söyləyiblər.
2022-ci ilin payız sessiyası dövründə komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, layihəyə əsasən, cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması,  ailə, qadın və uşaq  hüquqları ilə bağlı müxtəlif qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin təşkili, komitənin fəaliyyət sahəsinə aid məsələlərə dair ictimai dinləmələrin keçirilməsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili nəzərdə tutulub.

Komitə üzvləri Sədaqət Vəliyeva, Rauf Əliyev, Tamam Cəfərova yaz sessiyasının iş planını müsbət qiymətləndiriblər, bəzi təkliflərini səsləndiriblər. Millət vəkilləri komitənin əhatə etdiyi sahələr üzrə bir sıra dinləmələrin keçirilməsinin vacibliyindən danışıblar.

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab edilib.
Daha sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR