Onlayn ictimai-siyasi qəzet
Martın 18-də Milli Məclisinin İnsan hüquqları komitəsində İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salihi ilə görüş keçirilib.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Görüşdə komitənin sədri Zahid Oruc, İctimai biliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov iştirak ediblər.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, regionda baş verən proseslər, Azərbaycan-İraq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ