Onlayn ictimai-siyasi qəzet
Milli Məclis 8 Noyabr Zəfər Günü münasibəti ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Musavat.com xəbər verir ki, bu təklifi Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında irəli sürüb.
“İcazə verin, tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandana, Silahlı Qüvvələrin əsgər və zabitlərinə, qazilərimizə minnətdarlığımızı bildirək və onları ürəkdən təbrik edək. Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin rifahı və tərəqqisi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”, Milli Məclisin sədri çıxışında bildirib.
Deputatlar təbrik məktubunun göndərilməsini dəstəkləyiblər.
E.Paşasoy,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ