İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis komitələrinin birgə iclası başlayıb

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası başlayıb.

Musavat.com xəbər verir ki, gündəlikdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi yer alıb.

Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, maliyyə naziri Samir Şərifov, dövlət rəsmiləri və deputatlar iştirak edirl'r.

İclasa Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edir.

Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR