İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Hesablama Palatasının hesabatına “hə” dedi

Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsindən sonra qurumun sədri Vüqar Gülməmmədov deputatların suallarını cavablandırdı. O, deputat Musa Qasımlının sualına cavabında bildirdi ki, Yardımlıda yol çəkilişi ilə bağlı hələlik araşdırmalar başlamayıb, amma üçüncü rübdə bununla bağlı aydınlaşma olacaq.

Palata sədri Səhiyyə Nazirliyində yoxlamaların aparıldığını da söyləyib. V. Gülməmmədov deyib ki, Səhiyyə Nazirliyində yoxlamalar hələ yekunlaşmayıb.

Onun sözlərinə görə, yoxlamalar arasında böyrək transplantasiyası ilə bağlı məsələlər də var.
Müzakirələrin yekununda sənəd səsə qoyulub. 1 nəfər əleyhinə olmaqla hesabat təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR