İnsanlara hürriyət, millətlərə istiqlal!

Millətlərarası qalmaqal: Deputat etnik bəyanata görə postundan oldu

Rusiyada qalmaqallı açıqlama verən deputat vəzifəsindən kənarlaşdırılıb.

Musavat.com xəbər verir ki, Xantı-Mansi Muxtar Dairəsinin (XMAO) yerli parlamentində sosial inkişaf komitəsi sədrinin müavini vəzifəsini tutan deputat Xalid Taği-zadə verdiyi açıqlamaya görə postundan məhrum edilib.

Deputat Yuqra bölgəsini “özbəklərin tarixi vətəni” adlandıraraq ictimai və siyasi dairələrdə geniş rezonans doğurmuşdu. Bu fikirlər isə onun vəzifədən uzaqlaşdırılmasına səbəb olub.

Rusiya mediasının yazdığına görə, hazırda Taği-zadənin deputat mandatının ləğvi gündəmdə deyil. Səbəb isə deputat etikasının pozulmasının hüquqi baxımdan mandatdan məhrumetmə üçün əsas sayılmamasıdır.

Hadisə Rusiyada millətlərarası münasibətlərin həssas dönəminə təsadüf etdiyindən, mövzu ətrafında gərgin diskussiyalar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR