Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.
"Report"un məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.
Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək
***
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.
Musavat.com-un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
***
Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşır.
Musavat.com xəbər verir ki, Tallin şəhərindəki "A.Le Koq Arena"da təşkil olunan oyun başlayıb.
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ