Onlayn ictimai-siyasi qəzet
"Sülh müqaviləsi imzalanmayacaq".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Qrant Mikaelyan Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinin ABŞ-dakı görüşünün yekunlarına dair bəyanatlarını şərh edərkən deyib.
"Sülh müqaviləsinin imzalanması ilə bağlı bu cür bəyanatlar ilk dəfə səslənmir. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza hələ 2007-2008-ci illərdə sülh müqaviləsinin imzalanacağını bəyan etmişdi. Bundan sonra biz onlarla dəfə oxşar bəyanatlar eşitdik. Hələ 2021-ci ildə indiki hakimiyyət ilin sonuna qədər sülh müqaviləsi imzalamaqdan danışırdı. Eyni xətt bu gün də davam edir", - deyə Mikaelyan qeyd edib.
O, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycana müəyyən təzyiqlər olunduğunu, lakin edilən təzyiqlərin səviyyəsinin nəticə əldə etmək üçün yetərli olmadığını vurğulayıb.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ