Onlayn ictimai-siyasi qəzet
“Microsoft” şirkəti Rusiya müştərilərini “Office 365” və bir sıra digər proqramlar da daxil olmaqla bulud xidmətlərindən ayırmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Softline” telegram kanalında məlumat verilib.
Məhdudiyyətlər “Microsoft 365”, “Office 365”, “Teams” və “EMS”ə təsir edib.
Bundan əlavə, sentyabrın 2-də “Softline” xəbərdarlıq edib ki, “Microsoft” 12 sentyabr 2024-cü il tarixindən qüvvəyə minən Rusiyada korporativ müştərilər tərəfindən müəyyən “Azure” məhsullarına və xidmətlərinin istifadəsinə məhdudiyyətlər tətbiq edir.
Məhdudiyyətlərə “Azure Data Explorer”, “Azure Databricks”, “Azure Managed Grafana”, “Azure Operator Insights”, “Azure Quantum”, “Azure Synapse Analytics”, “Microsoft Fabric” və “Power BI Embedded” daxildir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ