İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzahir Pənahov: "Müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilməyib"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilmədiyini bildirib.

Report-un məlumatına görə, o, qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib ki, seçki prosesində ən vacib məsələ şəffaflıqdır.

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələri belə seçkiləri çox rahatlıqla işıqlandıra bilirlər: "Onlar heç bir akkreditasiyadan keçmirlər. Jurnalist vəsiqəsi ilə birbaşa istədikləri məntəqədə seçki prosesini izləyə, çəkə bilərlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Eyni zamanda müşahidəçi kimi müraciət edən heç kəsə mənfi cavab verilməyib. Çünki proses çox sadədir, hətta heç komissiyanın iclasına belə çıxarılmayıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR