İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Sülhü sıfırdan öyrənəcəyik və onu Azərbaycanla birlikdə quracağıq”

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bölgədə yeni reallıqların formalaşdığını bildirib.

Musavat.com xəbər verir ki, o, bildirib ki, 8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, tamamilə başqa bir Ermənistan Respublikasında yaşayırıq: "Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu vəziyyət bizə tanış deyil. Biz – Üçüncü Respublikanın vətəndaşları – sülhün nə olduğunu, sülh şəraitində yaşamağın və işləməyin nə demək olduğunu bilmirik. Çünki müstəqillik əldə etdikdən sonra daim münaqişə şəraitində – nə sülh, nə müharibə şəraitində yaşamışıq”.

Paşinyan əlavə edib ki, xalq indi sıfırdan öyrənməlidir: “Sülh nədir, o necə görünür, onun mənası nədir? Biz bu anlayışa yiyələnməliyik. Və o, bizim verdiyimiz forma ilə olacaq. Əlbəttə, bu yolda biz tək olmayacağıq, Azərbaycanla birlikdə quracağıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR