Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli görüş baş tutacaq və görüşün tarixi bazar ertəsi gününün sonuna qədər razılaşdırılacaq.
Tramp bildirib ki, bu görüş baş tutanda yaxşıya doğru güclü dəyişikliklər gözlənilir.
O, həmçinin qeyd edib ki, üçtərəfli sammitin təşkili artıq davam edir və Putin də buna maraqlıdır. Tramp Avropa liderləri ilə danışıqların qapalı qapılar arxasında davam etdiyini, media nümayəndələrinin kabineti tərk etdiyini bildirib.
ABŞ Prezidenti əlavə edib ki, bir-iki həftə ərzində aydın olacaq – müharibəni dayandırmaq mümkün olacaq, yoxsa o, davam edəcək. Tramp vurğulayıb ki, onun Ukrayna ilə bağlı sazişə ehtiyacı var və Oval kabinetdə Avropa liderləri ilə görüş zamanı Putinlə danışmaq istəyir.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ