İnsanlara hürriyət, millətlərə istiqlal!

"Meyvəli" bazarda meyvələri oğurladılar

Bakıda bazarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik alçası, bir nəfərin mobil telefonu və 2 avtomobildən mobil telefonlar oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Seyran Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Məlumata görə, hadisə "Meyvəli" bazarda qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR