İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meyvələr dadsızdır, ona görə alan yoxdur”-30 manata alça, çarəsiz alıcı

Hər mövsümün özünə məxsus meyvə və tərəvəzləri var. Hər il yaz aylarında çiyələk, alça kimi mövsümi meyvələrin bazarlarda satışa çıxarıldığını görürük. Ekspertlər isə hesab edirlər ki, bu giləmeyvələri öz mövsümündə yemək daha faydalıdır. O da qeyd edilir ki, hazırda satışa çıxarılan bu meyvələr orqanizm üçün təhlükəli ola bilər. Ən maraqlısı isə odur ki, təbii yolla yetişdirilməyən bu meyvələr bazarda “od” qiymətinə satılır. Alıcıların da əsas narazılığı  bundan ibarətdir. Bəs bu il bazarlarda vəziyyət necədir?  

Musavat.com-un əməkdaşı olaraq paytaxt bazarlarında olub meyvələrin qiyməti haqda mövcud vəziyyəti öyrənməyə çalışdıq.

e0962ec0-d572-4cd4-97d1-26375535b7cc.jpg (111 KB)

Müşahidələrimizi ilk olaraq Xəzər rayonunda yerləşən “Kənd bazarı"nda aparırıq. Bura daxil olarkən meyvə və tərəvəzlərin bol  olduğunu, insanların isə az olması diqqətimizi çəkir. Piştaxtaların üzərinə nəzər yetirərkən hətta mövsümü olmayan çiyələk, alça, ananas, qarpız, yemişin satıldığını da görürük. Satıcı qeyd edir ki, mövsümündən tez yetişən nübar meyvələrə tələbat azlıq təşkil edir. Buna səbəb isə qiymətlərin münasib olmamasıdır: “Bu meyvələrin alıcıları əsasən uşaq və hamilə qadınlar olur, onlar da hər nemətdən az-az alırlar. Digər adamlar isə gəlib baxıb qiyməti soruşub gedirlər. Alçanın bir kiloqramı 30 manat,  ananas və çiyələk  5 manat 50 qəpik, naringi 1 manat 60 qəpik, qarpızın bir kilosu isə 1 manat 80 qəpik təşkil edir”.

Satıcı onu da əlavə etdi ki, ən çox alınan giləmeyvə alçadır. Alçanın 100 qramlıq plastik qabda bağlaması 2 manat 50 qəpikdir.

2904d2e9-b572-4bdd-909b-35d1f2464b07.jpg (156 KB)

Elə satıcı ilə danışdığımız zaman alıcılardan biri yaxınlaşıb söhbətimizə qoşuldu: “Alçaları elə parıldadıb qoyublar ki, almadan gedə bilmirsən. Ancaq qiymətini soruşduqda artıq bizə əl çatan olmur, qiymətlər çox bahadır. Əgər iki giləmeyvə almaq istəyirdimsə, məcbur olub birini seçib onu alıram. İkisini də eyni vaxta almağa imkanımız çatmır”.

bab06a3a-d29f-4f98-a558-76904b3b6f96.jpg (158 KB)

Buradakı qiymətləri öyrəndikdən sonra elə yaxınlıqda yerləşən digər meyvə-tərəvəz satılan piştaxtaya yaxınlaşırıq. Burada meyvələrin qiyməti digərlərindən fərqli idi. 100 qramlıq plastik qabda olan alça 4 manat, banan 2 manat 90 qəpik, portağal 1 manat 90 qəpik, ananas 5 manat, çiyələk isə 4 və 4 manat 50 qəpik təşkil edir. Çiyələklərin qiyməti iri və xırda olmasına görə dəyişir. Satıcı bizimlə söhbətdə dedi ki, meyvələrin hamısı yerli məhsuldur: “Bu meyvələrin hamısı, parnikdə yetişənlər belə yerli məhsuldur. Lakin məhsullar satılmır, hamısı əlimizdə qalıb. İnsanlar ya meyvələrin dadsız olduğuna görə, ya da qiymətin baha olmasına görə almırlar".

Flora Əsgərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR