İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunçiçəyi virusuna daha çox BU KİŞİLƏR YOLUXUR - DİQQƏT!

Meymunçiçəyi xəstəliyinin yaranma tarixi 1950-ci ildir. O, Mərkəzi Afrikada aşkar edilən nadir virusdur.

Virusun iki əsas növü var: Qərbi Afrika və Mərkəzi Afrika.

Qərbi Afrikada görülən “Clade 2”adlı növü 2022-ci ildə qlobal epidemiyaya səbəb olub. “Clade 1” Mərkəzi Afrikada yayılan endemik növdür. “Clade1b” isə virusun yeni və daha ağır variantıdır.

İlkin simptomları qızdırma, titrəmə, baş ağrısı, şişkinlik, bel və əzələ ağrılarıdır.

Temperatur normallaşdıqda isə üzdən bədənin aşağı nahiyələrinə doğru, daha çox ovuclarda və ayaq altlarında səpgilər əmələ gəlməyə başlayır. Səpgilər qaşınmaya və ağrıya səbəb olur. Xəstəlik ağırlaşdıqda isə səpgilər ağız boşluğu, göz və cinsiyyət orqanlarına yayılır.

Virus fiziki təmas, cinsi əlaqə və hava yolu ilə insana yoluxur. Ona həmçinin açıq yaralar, yataq dəstləri, paltar, dəsmal və s. ilə də təmas edərək yoluxmaq mümkündür. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq yoluxma riskini artırır. 2022-ci ilə qlobal pandemiyaya çevrildiyi zaman daha çox cinsi əlaqə yolu ilə yayılırdı. Çox partnyorla cinsi əlaqə yaşayan kişilər risk altındadır.

İnfeksiya adətən 14-21 gün ərzində öz-özünə yox olur. Müalicəsində çiçək xəstəliyində istifadə edilən üsullar tətbiq edilir. Lakin onların nə dərəcədə effektiv olması barədə məlumat yoxdur.

Hazırda virusla mübarizə üçün 3 peyvənd mövcuddur. Onlar risk altındakı və ya yoluxmuş şəxslə yaxın təmasda olan insanlara vurulur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurulan peyvəndlərin faydalılıq əmsalının müəyyən olunması üçün əlavə sınaqlara ehtiyac olduğunu bildirsə də, epidmiyanın geniş yayıldığı ölkələr istifadəsinə icazə verib.

Yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əlləri tez-tez yumaq tövsiyə edilir. Virusa yoluxmuş insanlar səpgilər yox olana qədər özlərini cəmiyyətdən təcrid etməlidirlər. ÜST bildirir ki, sağaldıqdan sonrakı 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək vacibdir. (Sfera.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR