Onlayn ictimai-siyasi qəzet
Ali Məhkəmədə ərinin qətlini sifariş verən qadının və killerin məhkəməsi yekunlaşıb. 2018-ci ildə baş verən cinayət işi üzrə çıxarılan hökm qanuni qüvvəsini alıb. Ağır cinayətin üstü itkin düşən Quba sakininin axtarışları zamanı açılıb.
"Ölkə.Az" xəbər verir ki, itihama əsasən 2018-ci ilin iyun ayında Quba rayon sakini 48 yaşlı İldırım Fərhadov itkin düşüb. Daha sonra məlum olub ki, İldırım Fərhadovu qeyri-rəsmi münasibətdə olduğu Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 38 yaşlı Şahsuvar Əsədov tüfənglə qətlə yetirib.
Sentyabrın 9-da Bakı şəhərində saxlanılmış Əzizə Sadıqova təkzibedilməz sübutlar və şahid ifadələrindən sonra ərini cari il iyul ayının 26-da sonuncuya məxsus fermada Beyləqan rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin ərazidə basdırıldığını etiraf edib.
Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə Şahsuvar Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd “İJ-16” markalı tüfəng maddi sübut kimi götürülüb. İldırım Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı CM-nin 120.2.1 və 120.2.5 ( sifarişlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın çox olmasında narazı qalan təqsirləndirilən şəxslər hökmdən apellyasiya daha sonra isə kassasiya şikayəti veriblər. Heç bir şikayətləri təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ