İnsanlara hürriyət, millətlərə istiqlal!

Metronun bu stansiyası təmirə bağlanır

Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir. Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”, - deyə B.Məmmədov əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR