İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda qatarların gecikməsinin səbəbi bilindi

Bakı metrosunda qatarların gecikməsinin səbəbi bəlli olub.

Musavat.com-un xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a deyib ki, metroda ehtiyat qatarların xəttə buraxılması daim nəzərdə tutulur. Yay fəslində isə bu pik saatlarda xüsusi tənzimləmə ilə həyata keçirilir.

Qurum rəsmisi qeyd edib ki, ehtiyat qatarın biri xəttə verilib, digəri çıxarılanda xətlərdə qısamüddətli interval yarana bilir:

"Xüsusən də ehtiyat qatar depodan metronun Nərimanov stansiyasından daxil olduğu üçün Nərimanov-Həzi Aslanov istiqamətində və ya ehtiyat qatar hər hansı bir dalana salınıb xətdən çıxarılanda sıxlıq yarana bilir. Lakin bu çox qısamüddətli olur və sərnişin növbəti qatarda hər şeyin qaydasında olduğu görür".

B.Məmmədov vurğulayıb ki, ehtiyat qatarın xəttə verilib, çıxarılması prosesi sərnişinlərin metroda gur olduğu saatların tənzimlənməsi üçün həyata keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR