İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda həyəcanlı anlar - Gənc qadın qatarın qapısında sıxılıb qaldı - VİDEO

Çinin mərkəzi Hubei əyalətində maraqlı və təhlükəli hadisə baş verib. Yüksək sürətli qatardan səhvən enməyə çalışan bir qadın qatarın qapısında sıxılıb qalıb.

Hadisə qadının yanlış qatara mindiyini anlayaraq tələsik düşmək istədiyi anda baş verib.

Qapılar bağlanmağa başlayanda o, tam çıxa bilməyib və yarı bədənilə içəridə, yarı çöldə qalaraq qapıda sıxılıb.

Hadisə yerinə dərhal qatar heyəti və təhlükəsizlik işçiləri cəlb olunub. Qadın xəsarət almadan qapıdan çıxarılıb.

Məlumata görə, qadının səhv qatara minməsi səbəbindən panikaya düşdüyü və düşməyə çalışarkən ehtiyatsız davrandığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR