İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro istifadəçilərinin NƏZƏRİNƏ: apreldə... - ÖZƏL

"Aprel ayında "Bakı Metropoliteni"ndə qatarların "Qırmızı" və "Yaşıl" xətlər üzrə hərəkət qrafikində növbəti optimallaşdırma aparılması araşdırılır. Bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlər təhlil olunur".

Bunu Musavat.com-a özəl açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

bextiyar.jpg (5.00 MB)

Mətbuat katibinin sözlərinə görə, pandemiya dövründə - 2020-ci ilin fevral ayından sonra Metropolitenin iş rejimi müəssisələrin, xüsusən də tədris ocaqlarının fəaliyyətinə uyğun tənzimlənirdi:

"Məsələn, onlayn rejimdə tədris var idi, müəssisələrin fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Ötən ilin sentyabr ayından məhdudiyyətlər demək olar ki, tam yığışdırılmışdı. Amma bununla belə, pandemiyanın özünəməxsus təsirləri qaldığından Metropoliten məcburən xüsusən qatarların hərəkət qrafikində bu optimallaşmanı nəzərə alırdı. Yəni hər an dəyişə biləcək mənzərəni, digər məsələlərin hər birini. Aybaay, həftəbəhəftə bu rejimlərdə müəyyən dəyişikliklər baş verirdi. Hazırda demək olar ki, bütün müəssisələrin, o cümlədən tədris müəssisələrinin fəaliyyəti 2020-ci ilə qədərki dövrdə olan sabitliyə gəlib çatıb. Bu səbəbdən artıq həm səhər, həm axşam gur saatların rejimlərində xüsusi olaraq sabit hərəkət qrafikini tətbiq etmək mümkündür. Yəni müəyyən ehtiyat qatarların xəttə çıxma variantları və digər məsələlərin hər birinə yenidən baxılır.

"Bakı Metropoliteni"ndə hətta bir saatın daxilində stansiyaların və xətlərin yüklənməsi xüsusi öyrənilir. Səhər saat 8-dən 9-a qədər olan dövrdə hansı dəqiqələrdə daha sıx hərəkət varsa, ehtiyat qatarların hərəkəti ona uyğun tənzimlənirdi. Amma demək olar ki, dekabrda və fevralda tədrisdəki fasilə başa çatandan sonra bu, monitorinqlərdə öz əksini tapdı ki, tamamilə sabitləşmə artıq baş verib. Bu səbəbdən biz artıq yenidən baxıb qrafikləri tənzimləmək fikrindəyik. Bir sözlə, qatarların hərəkət qrafikinə yenidən baxılacaq".  

Bəxtiyar Məmmədov vurğulayıb ki, martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" klubları arasında keçiriləcək dostluq oyununa maraq kifayət qədər çoxdur:

"Buna görə Metropolitenin iş rejimində dəyişikliklər ediləcək. Hazırlıqla bağlı son tədbirlər görülür".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR