Onlayn ictimai-siyasi qəzet
"İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkiyanın qələbəsi Ermənistan üçün arzuolunmazdır".
Musavat.com bildirir ki, bu sözləri erməni əsilli iranlı ekspert Janna Vardanyan "Sputnik Ermənistan"-a şərhində söyləyib.
O deyib ki, İranın islahatçı qanadına aid olan M. Pezeşkiyan etnik azərbaycanlıdır və o, keçmişdə bir sıra anti-erməni bəyanatlar verib. Janna Vardanyan deyib ki, Pezeşkiyan Qarabağ münaqişəsi kontekstində hər zaman Azərbaycanı dəstəkləyib.
Sitat: "Ermənistan üçün hazırkı seçkilər, o cümlədən Pezeşkiyanın etnik mənşəyini nəzərə almaqla, vacibdir. Yarışın favoritlərindən biri azərbaycanlıdır ki, bunu özü də gizlətmir. Siyasətçi dəfələrlə kifayət qədər problemli və ziddiyyətli bəyanatlar verib ki, bu da İranda bir çoxlarının onu separatçı istəklərdə və hətta pantürkist ideyaları müdafiə etməkdə ittiham etməsinə səbəb olub. Bundan əlavə, Pezeşkian seçki kampaniyası zamanı dəfələrlə etnik kart oynayıb, türkdilli qruplara kifayət qədər loyal bəyanatlar verib, Şərqi Azərbaycan vilayətində türk məktəblərinin açılmasına çağırıb və s. Pezeşkian deputat olarkən bir neçə dəfə, o cümlədən Qarabağ münaqişəsi kontekstində ermənilər əleyhinə bəyanatlar verib. Bu baxımdan bu siyasətçinin seçkilərdə qalib gəlməsi erməni tərəfi üçün arzuolunmaz ssenaridir."
Daha bir sitat: "Təbii ki, prezident İranın xarici siyasətini təkbaşına həyata keçirmir - bütöv bir qərar qəbuletmə sistemi var və Ali Rəhbər Xamneyi amilini də unutmaq olmaz. Bununla belə, lokal problemlər yarana bilər".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ