Onlayn ictimai-siyasi qəzet
Ötən ay İranın prezidenti seçilən Məsud Pezeşkian ölkə Məclisinə (parlament) yeni hökuməti formalaşdırmaq üçün namizədlərin siyahısını təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Təqdim olunan siyahıya əsasən, informasiya (kəşfiyyat) naziri İsmayıl Xətib və ədliyyə naziri Əmin Hüseyn Rəhimi əvvəlki vəzifələrini saxlayıblar.
Mərkəzi Bankın keçmiş rəhbəri Abd-ol Nasser Hemmati iqtisadiyyat naziri vəzifəsinə, İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının katibi, bir aydan çox əvvəl təyinatı müzakirə edilən Abbas Əraqçi xarici işlər naziri, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-mayor Əziz Nəsirzadə müdafiə naziri vəzifəsinə təklif olunub. Yeni hökumətdə yeganə qadın Yollar və Şəhərsalma Nazirliyinin rəis müavini, İran Ali Şurasının şəhərsalma və memarlıq üzrə katibi Fərzanə Sadiq ola bilər. Onun namizədliyi yollar və şəhərsalma naziri vəzifəsinədir.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ