İnsanlara hürriyət, millətlərə istiqlal!

Messinin finalda geydiyi ərəb xalatına 1 milyon dollar verirlər

Argentina millisinin kapitanı Lionel Messiyə DÇ-2022-nin mükafatlanma mərasimi zaman Qətər əmiri Təmin bin Həməd əs-Saninin hədiyyə etdiyi "Bişt" maraq yaratmaqda davam edir.

Qol.az xəbər verir ki, geyimi Omanın millət vəkili Ahmed Ar-Barvani almaq istəyir. O, bu "Bişt" üçün 1 milyon dollar təklif edib. O, hazırda 35 yaşlı forvarddan cavab gözlədiyini bildirib.

Qeyd edək ki, Qətər kişilərinin geyindiyi və ərəb mədəniyyətini simvolizə edən bu geyim ən dəbdəbəli parçadan hazırlanır və yalnız mühüm bayramlarda nazirlər, eləcə də digər vəzifəli şəxlər tərəfindən geyinilir. Ərəb mədəniyyətinə görə, sözügedən libası geyinmək üçün bu şərəfə nail olmaq lazımdır.

Xatırladaq ki, Argentina finalda penaltilər seriyasında Fransaya qalib gələrək mundialın qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR