Onlayn ictimai-siyasi qəzet
Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubu 2024-cü il fevralın 1-də Kriştiano Ronaldonun komandası "Əl-Nəsr"lə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.
BAKU.WS-in xəbərinə görə, bir neçə həftə əvvəl "İnter Mayami"nin Ər-Riyad mövsüm kuboku üçün Səudiyyə Ərəbistanına gələcəyi və "Əl Nəsr"lə qarşılaşacağı iddia edilmişdi.
Lakin MLS təmsilçisi bu iddianı təkzib edib.
Messi-Ronaldo rəqabətinin tarix olduğu düşünülsə də, "İnter Mayami" şad xəbəri verib.
Belə ki, klub bu dəfə iddiaları təsdiqləyib.
Klubdan verilən açıqlamada, "İnter Mayami"nin mövsümöncəsi beynəlxalq tur təqviminə daha 2 matçın əlavə edildiyi bildirilib.
Buna uyğun olaraq, Ər-Riyad Mövsüm Kubokunda yanvarın 29-da "Əl-Hilal", fevralın 1-də isə "Əl-Nəsr"lə qarşılaşacaqları açıqlanıb.
Hər iki qarşılaşma Səudiyyə Ərəbistanındakı "Kingdom Arena" stadionunda oynanılacaq.
Bu o deməkdir ki, Messi və Ronaldo bəlkə də sonuncu dəfə 2024-cü il fevralın 1-də üz-üzə gələcək.
Qeyd edək ki, "İnter Mayami" mövsümöncəsi hazırlıqları çərçivəsində Salvador və Honq Konqda da matçlar keçirəcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ