İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar instaqramdan nə qədər qazanır? - 5000 AZN-ə qədər artan QİYMƏTLƏR - SİYAHI

Sənət aləmində instaqram sosial şəbəkəsindən aktiv istifadə edən məşhurların sayı kifayət qədərdir. Onlar tədbirlərdə, toylarda, istirahətdə və gündəlik həyatda baş verənləri instaqram izləyiciləri ilə bölüşürlər. İzləyici sayı çox olan məşhurlar isə həm paylaşım edir, həm də instaqramdan yüksək məbləğdə pul qazanırlar.

BAKU.WS xəbər verir ki, tanınmışların instaqram paylaşımlarının qiyməti 500-5000 AZN aralığında dəyişir. 

Show_clab səhifəsinin yaydığı məlumata əsasən, aparıcı Afaq Gəncəlinin instaqramda 1 milyon 300 min izləyicisi var. O, bir paylaşımı 2000 AZN-ə edir.

Müğənni Sevda Yahyayeva instaqramda bir postu 1000-2000 AZN aralığında paylaşır. Onun 1 milyon 700 min izləyicisi var. 

Müğənni Günay İbrahimlinin də izləyici sayı həmkarı Sevda ilə eynidir (1 milyon 700 min izləyici). O, bir postu 2000 AZN-ə paylaşır. 

Müğənni Xatun Əliyevanın instaqramda 1 milyon izləyicisi var. Sənətçi "hekayə" bölümündə bir paylaşımı 500-1000 AZN-ə edir. Əsas səhifədə isə özü olmasa 1500 AZN, özü də yer alarsa 2000 AZN-ə paylaşım edir. 

İnstaqramda 1 milyon 100 min izləyicisi olan müğənni Nazənin Salayeva "hekayə" bölümündə bir paylaşımı 3000 AZN-ə edir. 

Müğənnilər Sevil Sevinc Səfərovalar əsas səhifədə paylaşımı 5000 AZN-ə edirlər. Onların instaqramda 2 milyon 900 min izləyiciləri var. 

Rəqqasə Fatimə Fətəliyeva bir paylaşımı 500-1000 AZN arası etdiyini açıqlayıb. Onu instaqramda 1 milyon 300 min şəxs izləyir.

İnstaqramda 340 min izləyicisi olan stilist Samiraldo isə hər paylaşım üçün minimum 200 AZN alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR