Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur reper Ceza "Kim Milyoner Olmak İster" verilişinin Yeni il xüsusi buraxılışında 1 milyon TL-lik sualı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, məşhur reper doğru cavabdan əmin ola bilmədiyi üçün 500 min TL ilə yarışmadan geri çəkilib.
O, daha sonra yarışmadan qazandığı pulu Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağını açıqlayıb.
Cezanın bu davranışı Türkiyədə böyük marağa səbəb olub. Onun bu addımı sosial mediada geniş müzakirə edilib. Tanınmış reperin bu hərəkəti tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılanıb.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ