İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur qrupdan Trampa qadağa: Olmaz!

İsveçin Abba pop qrupu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampdan seçkiqabağı təbliğat zamanı onun musiqilərindən istifadəni dayandırmağı tələb edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, avqustun 27-də Trampın Minnesota ştatının Sent Cloud şəhərində keçirilən seçki kampaniyası tədbirində qrupun "Money, Money, Money", "The Winner Takes It All" və "Dancing Queen" hitləri səsləndirilib.

“Svenska Dagbladet” qəzeti xəbər verir ki, Minnesota İsveçdən gələnlərin ən çox məskunlaşdığı ABŞ ştatıdır. Kampaniyada həmçinin xokkey stadionunda böyük video ekranda Abba üzvlərinin videoları, habelə ianə çağırışı ilə bağlı mesajlar nümayiş etdirilib.

İsveçin "Universal Music" səsyazma şirkəti bildirib ki, Tramp kampaniyası Abbanın musiqi və ya videosundan istifadə etmək üçün onlardan icazə istəməyib və tədbirdən çəkilmiş görüntülər "dərhal silinməlidir".

Bu, Donald Trampın seçki kampaniyası ilə məşhur müğənnilər və qruplar arasında yaranan ilk qalmaqal deyil. Əvvəllər Beyons və Selin Dion oxşar səbəbdən qəzəblərini ifadə etmişdilər.

Bundan əlavə, Neil Young, Queen və The Rolling Stones da daxil olmaqla məşhur sənətçilər və qruplar artıq Trampın seçki kampaniyalarında onların mahnılarından icazəsiz istifadə etməsindən şikayətləniblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR