İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənnin iş yeri güllələndi - ANBAAN VİDEO

Müğənni Banu Parlakın İstanbulda, Bahçeşehirdəki gözəllik mərkəzinə silahlı basqın olub.

Manset.az xəbər verir ki, hadisə müğənni Banu Parlakın Bahçeşehir 1-ci Hissə Təbiət Parkında yerləşən gözəllik mərkəzində baş verib. İddiaya görə, motosikletli iki şübhəli gözəllik mərkəzinin qarşısına gələrək iş yerinə atəş açıb və qaçıblar.
5 güllə ilə vurulan gözəllik mərkəzində maddi ziyan dəyib. Silahlı hücum anı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Parlak sosial media hesabından verdiyi açıqlamada iş yerində, saat 02:00 və 05:00-da iki ayrı silahlı hücumun həyata keçirildiyini bildirib və hadisənin təhlükəsizlik kamerası görüntülərini paylaşıb.

Parlak fenomen və müğənni Dilan Polat və əri Engin Polatı hücumda günahlandırıb:

"Günlərdir danışılan, Dilan Polat və Engin Polatın qatil tutduqları iddiası var. Bunlar iddia deyil. Bunu etiraf edən də var. Bir gənc var ki, "Məni işə götürüblər. Banu Parlakı vur". "Sənə çörək yedizdirməyəcəyəm." Pəncərələrim param-parça oldu.İki dəbilqəli cavan bunu etdi.Təbii ki tapılacaq. Bütün lazımi şikayətlər edilib. Allahın izni ilə Mütəşəkkil Şöbə hərəkətə keçəcək və görəcəyik. Özümə üçün narahat deyiləm, amma uşağım üçün daha 4 gözətçi tutmuşam. Heç birinizə yazığım gəlmir. Bunu mafiya oynamaqla etmək olmaz". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR