Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyarder Roman Abramoviç ötən axşam dostları ilə birlikdə İstanbuldakı "Anadolu Hisarı" restoranına gedib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, göstərilən xidmətdən razı qalan Abramoviç çıxışda verdiyi 175 min TL-lik (10220 AZN) bəxşişlə gündəmə gəlib.
Məlumata görə, Adana kababı sifariş verən iş adamı və dostları uzun müddət söhbət edib. Abramoviç 85 min TL-lik (4964 AZN) hesabı ödəyərkən ofisiantlara 175 min TL-lik bəxşiş qoyub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşən rusiyalı milyarder İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra bu ölkədən köçüb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ