İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fondun direktorundan Semyon Peqovla bağlı paylaşım - FOTO

İngilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Daqlas və Sara Elison Xarici Siyasət və İrs Fondunun direktoru Lyuk Kofi özünün sosial media hesabında maraqlı paylaşım edib.

O, separatçı rejimlərə dəstəyi ilə məşhur olan Semyon Peqovun Hadrutda çəkdirdiyi foto ilə bu gün rusların işğalından azad edilən İzyum şəhərində çəkdirdiyi fotonu müqayisə edib.

“Hadrut, Şuşa və ya İzyum... Əgər WarGanzo poz vermək üçün meydana çıxsa deməli həmin şəhər azad olunmaq üzrədir.” - , deyə L.Kofi paylaşımında vurğulayıb.

Onu da bildirək ki, Semyon "WarGanzo" internet televiziyasının Vətən Müharibəsində təxribatlarından əl çəkməyən əməkdaşıdır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR