İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur blogerdən ŞOK SÖZLƏR: “Çox aqressiv idilər; nəfəs ala bilmirdik…”

170 ölkəni gəzmiş Lauren Heavner ən çox məyus olduğu 5 ölkəni açıqlayıb.

Musavat.com xəbər verir ki, amerikalı məşhur bloger və səyahətçi adını çəkdiyi 5 ölkəyə səyahət etməyi məsləhət görmür. O bunun səbəblərini də açıqlayıb. Bir ölkəni “şişirdilmiş”, digərini “aqressiv” adlandırıb.

Musavat.com blogerin açıqladığı siyahını və və səbəbləri təqdim edir:

Monako: Lauren buranı “yalnız ultra zənginlər üçün” nəzərdə tutulmuş bir yer kimi təsvir edir və burada mədəni dərinliyin çatışmadığını bildirir.

Kanada: Təbii gözəlliklərinə baxmayaraq, Lauren Kanadanı çox tanış və proqnozlaşdırıla bilən hesab edib.

Qana: Paytaxt Akkrada ediləcək işlərin az olması və bəzi yerlərdəki çox aqressiv atmosfer onu narahat edib. Bundan başqa, bloger ölkədə bəzi sosial problemlərin və qeyri-adi davranışların olduğunu vurğulayıb.

Fransa: Xüsusilə Paris “şişirdilmiş” və turistlər üçün “soyuq münasibətli” bir yer kimi xarakterizə edilib. O, Fransanın digər bölgələrini, məsələn, Fransız Rivyerasını üstün tutur.

Malayziya: Məşhur bloger Malayziya haqqında bunları deyib: "Mən bir qrup dostumla Batu mağaralarına getdim. Həddindən artıq isti və rütubətli idi, hətta nəfəs almaq çətinləşirdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR