Onlayn ictimai-siyasi qəzet
Moskva Şəhər Prokurorluğu tanınmış azərbaycanlı vəkil, hazırda həbsdə olan Elman Paşayevə qarşı ittiham aktını təsdiqləyib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ittiham aktına əsasən, E.Paşayev xüsusi hərbi əməliyyat keçirilən ərazidə dələduzluqda təqsirli bilinərək mühakimə olunacaq. Tank ekipajı komandiri və kiçik çavuş kimi Rusiya ordusunun ehtiyatında olan azərbaycanlı Donetsk Qarnizonu Hərbi Məhkəməsi qarşısına çıxacaq. Rəsmi bilgiyə görə, E.Paşayev 2024-cü il fevralın 23-də Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, əvvəlcə pulemyotçu, sonra telefonçu-nəzarətçi, tank komandiri kimi kiçik serjant rütbəsi ilə hərbi əməliyyatlarda iştirak edib.
İttihamdan aydın olur ki, “xüsusilə böyük miqyasda fırıldaqçılıq və buna cəhdə” ittiham olunan E.Paşayevə qarşı tutarlı sübutlar yoxdur. Buna baxmayaraq, Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Hərbi İstintaq İdarəsi E.Paşayevi 159-cu maddənin 4-cü hissəsində (xüsusilə külli miqdarda dələduzluq) və analoji cinayəti törətməyə cəhddə (30-cu maddə) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham edib. O da bildirilir ki, təqsirləndirilən şəxsi on il həbs gözləyir, lakin onun təqsiri döyüş veteranı statusu və dövlət mükafatının olması ilə yüngülləşdirilə bilər. E.Paşayevi Federal Təhkükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb.“Kommersant” yazır ki, azərbaycanlı vəkil ittiham olunduğu cinayətləri qondarma “Donetsk Xalq Respublikasında” döyüşlərdə olarkən törədib. Onun hərbi əməliyyatlarda iştirak etdiyi halda, necə Moskvada həbsdən adam buraxdırması haqlı şübhələr doğurur.
İstintaqın iddiasına görə isə E.Paşayev 2024-cü ildə Aleksey Blinovskidən 300 min dollar və 20 milyon rubldan çox pul alıb. Bu pulun müqavilində Alikseyin həbsdə olan arvadı sahibkar Yelena Blinovskayanın cinayət təqibindən azad edilməsinə söz verib. İddia olunur ki, E.Paşayev sözügedən cinayət işinin istintaqının gedişinə təsir göstərə bilməyib. Aleksey Blinovski hazırda SVO-da iştirak edir. Onun həyat yoldaşı Moskvanın Savelovski Rayon Məhkəməsi əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib.
Başqa bir ittihamda vəkilin Aleksey Zaxarovun Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətindən azad edilməsini təklif edib. Bununla belə, təqsirləndirilən şəxsdən 10,5 milyon rubl, habelə təxminən 500 min rubl dəyərində kompüter avadanlığı alıb.
Rusiya mediası yazır ki, E.Paşayevə hökm çıxarılarkən hərbi əməliyyatlarda iştirakı və dövlət mükafatı - Jukov medalı sayəsində uzun cəzadan yayınmaq üçün yaxşı şansı var.
Elman Paşayev tanınmış hüquqşünas və vəkildir. O, ölümlə nəticələnən yol qəzası törədən aktyor Mixail Yefremovu müdafiə edərkən müttəhimə bəraət qazandırmağa çalışan üç şahidi məhkəməyə gətirib. Təqsirləndirilən şəxs yeddi il müddətinə cəzaçəkmə müəssisəsinə göndərilib və bu yaxınlarda şərti azadlığa buraxılıb. Şahidlər bilə-bilə yalan ifadə verməkdə təqsirli bilinib və Paşayev karyerasında altıncı dəfə işdən kənarlaşdırılıb.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ