İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyordan keçmiş dostu haqda ŞOK AÇIQLAMA - “Bir günlük qadın olsam...”

Türkiyənin məşhur aktyorları Murat Cemcir və Ahmet Kural arasında yaşanan soyuqluq zaman-zaman media gündəmini zəbt edir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir zamanlar dost olan bu iki sənətçinin yollarının ayrılması onların pərəstişkarlarını məyus edib.

Murat Cemcir və Ahmet Kural ilk dəfə 2011-ci ildə çəkilmiş “Çalgı Çengi” filmində baş rolları paylaşmışdılar. Daha sonra “İşler Güçler”, “Kardeş Payı” serialları, həmçinin “Düğün Dernek”, “Çalgı Çengi İkimiz”, “Ailecek Şaşkınız” və “Baba Parası” kimi filmlərdə birlikdə rol almışdılar.

Lakin dostluqları zamanla pozuldu. Elə dərəcədə ki, Murat Cemcir keçmiş dostu Ahmet Kuralın toyuna belə qatılmadı. İddialara görə, Cemcir yaxın çevrəsinə Ahmet Kuraldan “dost xəyanəti” gördüyünü və bu səbəbdən münasibətləri kəsdiyini bildirib.

Son günlərdə bir tədbirdə görüntülənən Murat Cemcir jurnalistlərin suallarını cavablandırıb.

“Magazinburada” saytının müxbiri onların yenidən birlikdə layihədə yer alıb-almayacağını soruşduqda aktyorun cavabı hər kəsi təəccübləndirib:

“Bir günlük qadın olsam, o zaman bəlkə”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR