Onlayn ictimai-siyasi qəzet
Amerikalı aktyor Daniel Barns Moskvada xəstəxanaya yerləşdirilib.
Aktyor ayağını sındırıb.
Barns bu gün səhər saat 8 radələrində Leninski prospektindəki həyətlərdən birində qarda sürüşüb. Daniel əməliyyat olunub.
35 yaşlı amerikalı aktyor Daniel Barns uzun müddətdir Rusiyada yaşayır, filmlərdə rol alır, tamaşalarda çıxış edir. O, Bondarçukun "Atraksion" və Lebedevin "Nürnberq" filmlərində rol alıb, həmçinin Yermolova Teatrında çalışır. O, həm də "Amerikalı Dani" ləqəbi ilə videobloger kimi tanınır. /Ajans.az
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ