İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib - Fotolar

Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 8000-dən çox ağac tingi əkilib.

Musavat.com-un xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.

"Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3500 kq toxum səpilib", - V.Fərzəliyev deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR